“Neftçi”də iki təyinat gerçəkləşib

“Neftçi”də iki təyinat gerçəkləşib

“Neftçi” futbol klubunda iki təyinat gerçəkləşib. SİA-nın məlumatına görə, Kamal Quliyev “Neftçi” Futbol Akademiyasının baş seleksiyaçısı, Eldəniz Yusifov isə əsas komandanın baş meneceri vəzifəsinə təyin olunub.

Kamal Quliyev 1997-2002-ci illər ərzində “Neftçi”də çıxış edib və 135 oyunda 24 qol vurub. 1999-cu ildə Azərbaycan kubokunun qalibi olmuş K.Quliyev 2011-2014-cü illərdə əsas komandada məşqçi vəzifəsini yerinə yetirib.

Eldəniz Yusifov isə 2005-2017-ci illərdə AZAL futbol klubunda müxtəlif vəzifələrdə çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə