"Zirə" klubu daha bir futbolçusu ilə yollarını ayırıb

"Zirə" klubu daha bir futbolçusu ilə yollarını ayırıb

Azərbaycanı 2017-2018 mövsümündə Avropa Liqasında təmsil edəcək "Zirə" klubu daha bir futbolçusu ilə yollarını ayırıb. SİA-nın verdiyi məlumata görə, qarşılıqlı razılıq əsasında Amadu Sanqare ilə yollar ayrılıb.

Qeyd edək ki, bunadək "Zirə" Tural Cəlilov, Yamin Ağakərimzadə, Nurlan Novruzov, Elvin Məmmədov və Migel Lorenso ilə yollarını ayırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə