Bu gün keçiriləcək "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə gedən tamaşaçılar üçün Bakı sərnişin stansiyasından "Koroğlu" dayanacağına və əks istiqamətdə qatar xidməti göstəriləcək. SİA-nın məlumatına görə, axşam saat 18:00-dan 20:00-a kimi Bakı sərnişin stansiyasından "Koroğlu" dayanacağına 30 dəqiqədən bir qatar işləyəcək.
Mərasim başa çatandan sonra - axşam saat 23:30-dan gecə saat 01:30-a kimi izləyicilərin "Koroğlu" dayanacağından Bakı sərnişin stansiyası, Biləcəri, Xırdalan və Sumqayıt istiqamətində "KİSS" markalı ikimərtəbəli elektrik qatarları ilə ödənişsiz daşınması təmin ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB