Məhəmməd Məmmədov "Bakı-2017"nin bürünc medalına layiq görülüb

Məhəmməd Məmmədov "Bakı-2017"nin bürünc medalına layiq görülüb

Taekvandoçumuz Məhəmməd Məmmədov (63 kq) İslamiadanın bürünc medalı ilə kifayətlənməli olub. Təmsilçimiz yarımfinalda Qazaxıstan idmançısı Alimjan Serikbayevə 7:8 hesabı ilə uduzub. Bununla da Məhəmməd Məmmədov "Bakı-2017"də Azərbaycan taekvandoçularının aktivinə ilk bürünc medalı yazdırıb.

Mübarizəyə səkkizdəbir finaldan qoşulan yığma komandamızın üzvü İndoneziya təmsilçisi İbrahim Zarmana 9:2 hesabı ilə qalib gəlib. Məhəmməd Məmmədov ikinci görüşündə mərakeşli Ömər Xəyyamini 26:10 hesabı ilə məğlub edərək yarımfinal mərhələsində yarışmaq hüququ qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə