Yaşar Vahabzadə: "Ən yaxşı oyunlarımızdan birini keçirdik" AÇIQLAMA

Yaşar Vahabzadə: "Ən yaxşı oyunlarımızdan birini keçirdik" AÇIQLAMA

"Oyundan öncə də bilirdik ki, çətin olacaq. Rəqib çox əzmkar oyun nümayiş etdirdi. Bizim uşaqlar sağ olsunlar. Ən yaxşı oyunlarımızdan birini keçirdik". SİA-nın məlumatına görə, bu sözləri 23 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Yaşar Vahabzadə "Bakı-2017" IV İslam Həmrəyli Oyunlarının yarımfinal mərhələsində Əlcəzair yığmasına qalib gələrək finala çıxdıqları matçdan (2:0) sonra deyib.

O, Azərbaycan yığmasının turnir ərzində qol buraxmaması haqda danışıb: "Meydanda komanda şəklində müdafiə olunuruq. Quru seriyada təkcə qapıçı və müdafiəçilər rol oynamır. İstərdik ki, finalda da qapımızda top görməyək. Ümid edirəm ki, finalda daha çox azarkeş olacaq".

Qeyd edək ki, Azərbaycan millisi mayın 21-də keçiriləcək final görüşündə Kamerun - Oman matçının qalibi ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə