Yaprak Eriş: “Özümə inamım mənə qələbə qazandırdı” AÇIQLAMA

Yaprak Eriş: “Özümə inamım mənə qələbə qazandırdı” AÇIQLAMA

"Baxmayaraq ki, Türkiyə də "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil olunurdu, mən yarışlara Azərbaycan idmançısı kimi qatıldım. Finalda Türkiyə təmsilçisi ilə qarşılaşdım və qalib gəldim. Yarışlara Azərbaycan idmançısı kimi qatılmaqdan qürur duyuram". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında taekvando üzrə qızıl medal qazanmış Yaprak Eriş deyib.

O, "Bakı-2017"də qələbə qazanacağına öncədən inandığını qeyd edib: "Rəqiblərim çox güclü olsa da, özümə inamım mənə qələbə qazandırdı. Azərbaycanı çox sevirəm. Gələcəkdə də keçirilən beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcəyəm".

Taekvandoçu ölkəmizdə idmana böyük diqqət və qayğı götstərildiyini, Bakıda IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkil edildyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə