Bu gün cüdoçularımız IV İslam Həmrəyliyi Oyunlarında özlərinin altıncı, Azərbaycan milli komandasının isə 10-cu qızıl medalını qazanıblar, SİA-nın məlumatına görə, Azərbaycanın "Bakı-2017"də 10-cu qızıl medalı Heydər Əliyev adına İdman Sarayında keçirilən paracüdoçu yarışında əldə edilib.
"Bakı-2017"də 70 kiloqram çəki dərəcəsində paracüdoçuların yarışının finalında Azərbaycanın iki idmançısı - Ramilə Kaştayeva və Turanə Ağayeva üz-üzə gəliblər.
Azarkeşlərin maraqla izlədikləri oyunda ipponla qələbə qazanan R.Kaştayeva IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB