"Spartak"ın 10 il sonra qazandığı çempionluq bir çox platformalarda qeyd olunur. Apasport.az saytının məlumatına görə, Rusiyada ən çox azarkeş kütləsinə malik komanda olan paytaxt təmsilçisinin azarkeşləri sevinclərini hətta kosmosda da bölüşürlər. Belə ki, məşhur rusiyalı kosmonavt Sergey Ryazanski instaqram səhifəsində fəzada kosmik gəmidə klubun atributunun fotosunu paylaşıb. O, sevimli komandasına sevgisini belə ifadə edib: "Komandamı çempionluq münasibəti ilə təbrik edirəm. Hətta kosmosda da azarkeşlik edirəm. Bu kimi hadisələr bizə hətta fəzada da evimizdəki kimi hiss etməyə imkan yaradır və uçuş zamanı çox dəstək olur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB