Şahin Diniyev: "Azarkeşlər bizi sonadək dəstəklədilər" AÇIQLAMA

Azərbaycan Premyer Liqasının XXVIII turunda doğma meydanda "İnter"lə qarşılaşacaq "Kəpəz" hazırlığı tamamlayıb. SİA-nın məlumatına görə, komandanın baş məşqçisi Şahin Diniyev bu gün keçiriləcək oyunla bağlı açıqlama verib. O, öncə bütün "Kəpəz" azarkeşlərinə təşəkkürünü bildiririb: "Azarkeşlər bu mövsüm də bizi tək qoymayıb, sonadək dəstəklədilər. Enişli və yüksəlişli günləri birgə keçirdik, uğur da oldu, uğursuzluq da. Ən diqqət çəkən məqam odur ki, fanatlar uğursuzluq olanda da bizim arxamızda durdular. Təbii ki, son oyunda biz də qələbə qazanmaqla mövsümü yüksək notlarla başa vurmaq istəyirik. Qələbəyə yaxınıq, son dövrədə 5 oyunda qalib gəlmişik. Bu amil komandanın gücündən xəbər verir. Çalışacağıq yenə də azarkeşləri sevindirək. Qoy onlar stadiondan sevinc hissləri ilə ayırlıb yeni mövsümü gözləsinlər".

Qeyd edək ki, "Kəpəz" - "İnter" oyunu saat 16:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə