Türkiyənin "Bursaspor" klubu Robert Prosineçki və bir neçə məşqçinin komandanın baş məşqçi vəzifəsinə gətiriləcəyi barədə yayılan məlumatları təkzib edib. Bursa təmsilçisinin rəsmi saytında yer alan bəyanatda deyilir: "Bu gün bəzi media orqanlarında bir neçə məşqçinin adı klubumuzla hallanır. Sözügedən iddialar qəti şəkildə gerçək deyil və rəhbərlik istər birbaşa, istərsə də dolayı yolla heç bir baş məşqçi ilə görüşməyib".
Qeyd edək ki, Türkiyənin "Fanatik" qəzeti millimizin baş məşqçisinin "Bursaspor"la razılığa gəldiyini və gələn mövsümdən bu komandanı çalışdıracağını yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB