Birinci divizion: “Qaradağ Lökbatan” “Zaqatala”ya qalib gəldi

Birinci divizion: “Qaradağ Lökbatan” “Zaqatala”ya qalib gəldi

Azərbaycan I divizionunda XXI tura yekun vurulub. Qol.az-ın xəbərinə görə, son oyun günündə "Qaradağ Lökbatan" "Zaqatala"nı qəbul edib. Oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

23 mart

"Qaradağ Lökbatan" - "Zaqatala" – 3:2
Qollar:
Rüfət Məmmədov, 12 (p.), 47; Mübarək Şahquliyev, 63 // Vadim Abdullayev, 26; Cavad Kazımov, 51


Qeyd edək ki, turnir cədvəlinə 50 xalla "Turan Tovuz" başçılıq edir. "Səbail" 44 xalla 2-ci, "Qaradağ Lökbatan" isə 43 xalla 3-cüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə