Antonio Konte: "Luis əsl döyüşçüdür"

Antonio Konte: "Luis əsl döyüşçüdür"

"Çelsi"nin futbolçusu David Luis bir müddətdir zədəli vəziyyətdə oynayır. BBC-nin verdiyi xəbərə görə, bu barədə London klubunun baş məşqçisi Antonio Konte məlumat verib: "Luis dizində ağrılarla oynayır. O, "Mançester Siti" ilə dekabrda keçirilən görüşdə zədələnib. Luis əsl döyüşçüdür". Qeyd edək ki, D.Luis 2016-cı ildən "Çelsi"də çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə