Nazir: “Bu il Azərbaycan Qran-Prisinə daha çox qonaqların gələcəyini gözləyirik” AÇIQLAMA

Nazir: “Bu il Azərbaycan Qran-Prisinə daha çox qonaqların gələcəyini gözləyirik” AÇIQLAMA

"Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi üçün bütün avadanlıqlar var. Yeni avadanlıqlar sifariş olunmayacaq". SİA-nın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Qran-Prinin hazırlıq işləri uğurla davam edir: "Ötən ildən bəzi tikililər sökülməyib. IV İslam Həmrəyliyi Oyunları başa çatandan bir ay sonra Formula 1 yarışı başlayacaq. Yarışların təşkilində heç bir çətinlik yoxdur. Bütün lazımi qurğular inşa ediləcək. Pilotlar trasla tanış olduqları üçün bu il yarışın daha maraqlı olmasını gözləyirik. Ötən ilki yarış haqqında danışılan fikirlər Azərbaycan Qran-Prisinə daha çox maraq yaradıb. Ona görə bu il daha çox qonaqların gələcəyini gözləyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə