Futzal üzrə Avropa çempionatının təsnifat mərhələsi başa çatdıqdan sonra milli komandaların yeni reytinq siyahısı açıqlanıb. SİA-nın məlumatına görə, planetin 10 ən güclü komandasının mövqeyi dəyişməz qalıb. Azərbaycan millisinin xal ehtiyatı dəyişməyib. Aktivində 1435 xal olan komandamız mövqeyini də qoruyub. Yığmamız yenə də planetin 10-cusudur.
Millimizin Avropa çempionatının seçmə mərhələsindəki rəqiblərinin mövqeyinə gəlincə, Macarıstan 1192 xalla 30-cu, Bosniya və Herseqovina 1129 xalla 38-ci yerdə qərarlaşıb. Təsnifat mərhələsini adlayan Albaniya 843 xalla 77-ci yerdə qərarlaşıb.
Reytinq cədvəlinə 1916 xalla Braziliya millisi liderlik edir. İspaniya 1893 xalla ikinci, Rusiya isə 1766 xalla üçüncü pillədə yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB