Mövsümün ikinci yarısına hazırlığı Antalyada davam etdirən "Qəbələ"nin əvəzedicilərdən ibarət komandası ilk yoxlama oyununu keçirib. Klubun rəsmi saytının yaydığı xəbərə görə, Hüseynqulu Quliyevin komandası Albaniyanın "Partizani" klubu ilə qarşılaşıb. Görüş albanların 6:2 hesablı qələbəsi ilə başa çatıb. Türkiyədəki təlim-məşq toplanışına yanvarın 14-də start verən əvəzedicilər daha iki yoxlama oyununda qüvvəsini sınayacaq.
Xatırladaq ki, bir neçə gün öncə "Qəbələ"nin əsas komandası da "Partizani" ilə oyunda qüvvəsini sınamış, 1:2 hesabıyla uduzmuşdu.
Yoxlama oyunu
16 yanvar
Qəbələ (əvəzedicilər) - Partizani (Albaniya) 2:6
Qollar: Rövlan Muradov, 25. Nurlan Quliyev, 39 - Qezim Krasniqi, 2. Mentor Mazrekay, 5; 22. Sodiq Atanda, 28. Realdo Fili, 41. Ardit Yaupay, 88.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB