İstanbulun "Fənərbağça" futbol komandası heyətini gücləndirir.
SİA-nın məlumatına görə, İstanbul təmsilçisi fransalı Hatem Ben Arfanı icarəyə götürür. Tərəflər artıq razılığa gəlib və yaxın müddətdə keçidi rəsmi şəkildə elan edəcəklər.
Qeyd edək ki, futbolçu "Fənərbağça" tərəfindən mövsümün sonunadək icarəyə götürəcək. İyirmi səkkiz yaşlı futbolçu cari mövsüm PSJ-yə keçsə də, çox nadir hallarda meydana çıxıb. Futbolçunun məvacibi ildə 4 milyon 800 min ABŞ dollarıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB