Marat İzmaylov: "Həmişə Syominə sadiq qalacağam”

Marat İzmaylov: "Həmişə Syominə sadiq qalacağam”

"Qəbələ"nin sabiq yarımmüdafiəçisi Marat İzmaylov komandanın keçmiş çalışdırıcısı, hazırda "Lokomotiv"in baş məşqçisi olan Yuri Syominlə bağlı fikirlərini açıqlayıb. "Krasnodar" klubunun saytına açıqlama verən M.İzmaylov deyib ki, Syomin onun üçün yad insan deyil.

"Onun mənə etdiklərini qiymətləndirir və heç vaxt unutmuram. Mən həmişə ona sadiq qalacağam" – deyən M.İzmaylov Syominin onu yenidən "Lokomotiv"də görmək istəməsinə də toxunub: "Mən hazırda "Krasnodar"ın oyunçusuyam. Bir ilik futbolsuz qalandan sonra bu klubun mənə inanmasını da unutmaram. "Krasnodar"ın Çempionlar Liqasına düşməsi üçün əlimdən gələni edəcəyəm".

Xatırladaq ki, M.İzmaylov Y.Syominin rəhbərliyi altında bir vaxtlar "Lokomotiv" və "Qəbələ"də çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə