Almaniya Futbol Federasiyası millinin baş məşqçisi Yoahim Lövlə müqaviləni yenilədiyini açıqlayıb. Almaniya ali futbol qurumunun rəsmi saytının yaydığı xəbərə görə, təcrübəli mütəxəssislə müqavilənin müddəti 2020-ci ilin Avropa çempionatının sonuna qədər uzadılıb. Qeyd edək ki, Y.Lövün çalışdırdığı Almaniya millisi DÇ-2014-ün qalibi olub. Əlavə edək ki, Almaniya DÇ-2018-in seçmə mərhələsində millimizlə eyni qrudpda yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB