Milli komandamız Rumıniya komandasını məğlub etdi

Milli komandamız Rumıniya komandasını məğlub etdi

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması son oyununu keçirib.

Qol.az-ın xəbərinə görə, Rumıniya komandası ilə qarşılaşan yığmamız qələbə qazanıb – 1:0. Qolu Xaqani Sadıqov vurub. Xatırladaq ki, futbolçularımız qrupun ilk oyununda İngiltərə komandasına 0:2, növbəti qarşılaşmada isə Avstriya yığmasına 1:3 hesabı ilə məğlub olmuşdu. Son oyunda qələbə qazanmaqla yığmamız ilkin seçmə mərhələni mübarizə apardığı qrupda 3-cü pillədə başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə