"Qolden Boy" mükafatının sahibi müəyyənləşib

"Qolden Boy" mükafatının sahibi müəyyənləşib

"Tuttosport" nəşrinin təsis etdiyi "Qolden Boy" mükafatının qalibi müəyyənləşib. SİA-nın məlumatına görə, bu mükafat "Bavariya"nın gənc ulduzu Renato Sançesə təqdim olunacaq. Qalib 30 jurnalistin səsverməsi nəticəsində seçilib. Portuqaliyalı yarımmüdafiəçi Markus Reşford və Kinqsli Komanı qabaqlayıb. İlk onluqda yer alan yeganə italyan Canluici Donnarummadır.

Qeyd edək ki, ötən il bu mükafata Antoni Marsial sahib çıxmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə