Neymar Messidən çox maaş alacaq

"Barselona"nın braziliyalı forvardı Neymar klubu ilə bağlayacağı yeni müqavilədən sonra komandanın lideri olan Lionel Messidən çox əməkhaqqı alacaq. SİA-nın məlumatına görə, Kataloniya klubu ilə Neymar arasında yeni müqaviləyə dair imzalanma mərasimi oktyabrın 21-də təşkil ediləcək. Yeni sazişə görə, braziliyalı hücumçunun illik məvacibi 15 milyon avro təşkil edəcək. Onun müqaviləsində, həmçinin 10 milyon avro bonus məbləğin ödənilməsi barədə də müddəa yer alıb.

Bütün bunların cəmi olaraq Neymar nəticədə mövsümə 25 milyon avro qazanacaq. Bu halda, o, illik 22 milyon məvacibi olan argentinalı klub həmkarı Messidən çox maaş almış olacaq. Lakin məlum olub ki, yaxında İspaniya klubu argentinalı ulduzla da yeni saziş imzalayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə