"Qarabağ"- PAOK matçının biletləri bu gün satışa çıxarılacaq

"Qarabağ"- PAOK matçının biletləri bu gün satışa çıxarılacaq

UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ" oktyabrın 20-si saat 21:00-da Yunanıstanın PAOK klubunu qəbul edəcək. SİA-nın məlumatına görə, qarşılaşmanın biletləri bu gün saat 12:00-dan etibarən satışa çıxarılacaq. Azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər. Sektorlara biletlər 1, 2, 5, 10, 20 AZN, VİP biletlər isə 50 AZN-ə satılacaq.

Xatırladaq ki, "Qarabağ"- PAOK matçı oktyabrın 20-si saat 21:00-da Respublika stadionunda start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə