Mövsümün ən yaxşı futbol hakimi kim olacaq?

Mövsümün ən yaxşı futbol hakimi kim olacaq?

Azərbaycanda mövsümün ən yaxşı futbol hakimlərinin müəyyənləşdirilməsi məqsədilə mundial.az saytı sorğu keçirir. Siasport.az saytı xəbər verir ki, saytın keçirdiyi sorğuda oxuculara Elçin Məmmədov, Vüsal Əliyev, Fariz Yusifov, Əfqan Həmzəyev, Rövşən Əhmədov, Anar Salmanov, Elnur Muradov və Ramil Diniyevin adı seçim olaraq təqdim olunub. Sorğuda böyük üstünklüklə çimərlik futbolu üzrə FİFA referisi Əfqan Həmzəyev öndədir. Son vaxtlar mediada daha çox tənqid olunan referi hələ ki, 45,51 faiz səslə öndədir. Onun ən yaxın izləyicisi isə 14,86 faiz səslə Elnur Muradovdur.

Sorğu may ayının 24-dək davam edəcək.
Onu da nəzərinizə çatdırıaq ki, hazırda Hakimlər Komitəsində referilər bir-birləri ilə rəqabətdən daha çox, düşmənçiliyə oxşar münasibətdədirlər. Əfqan Həmzəyev də, kimlərinsə hədəfindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə