Fergusson 20-ci dəfə çempion olmaq istəyir

Fergusson 20-ci dəfə çempion olmaq istəyir

İngiltərə Prmyer Liqasının yeni çempionu olan \"Mançester Yunayted\" futbol klubunun şotlandiyalı baş məşqçisi Ser Aleks Fergusson, \"qırmızı şeytanları\" bundan sonrakı illərdə də çalışdırmaq istəyir. Siasport.az saytı xəbər verir ki, baş məşqçi olaraq həyatının son 25 ilini həsr etdiyi \"Mançester Yunayted\"dən ayrılmağı düşünməyən qocaman şotlandiyalı futbol mütəxəssisi, baş məşqçi olduğu müddətdə \"qırmızı şeytanlara\" 19 dəfə İngiltərə Premyer Liqasının çempionluğunu yaşadıb. İndi onun istəyi gələn il də bu arzusuna çataraq çempionluq seriyasını 20-yə çatdırmaqdır. \"Qırmızı şeytanların\" baş məşqçisi postundan getmək fikrində olmadığını deyən S.A.Fergusson, \"The Quardian\" qəzetinə açıqlamasında çempionluq rekordunda \"Liverpul\"u ötüb keçdiklərini dilə gətirərək, yeni rekord qazanmaq və 20-ci dəfə çempionluq sevinci yaşamaq istədiyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə