Azərbaycan millisinin üzvünün Rusiyada problemləri çıxıb

Azərbaycan millisinin üzvünün Rusiyada problemləri çıxıb
Azərbaycan millisinin basketbolçusu Aleksandr Rındin Türkiyədəki təlim-məşq toplanışına qatılmayıb. Siasport.az saytı xəbər verir ki, bu barədə apasport.az saytına yığmanın meneceri Ləvənt Türknas məlumat verib. 

Onun sözlərinə görə, buna millimizin liderinin şəxsi problemləri səbəb olub: "Biz Avropa çempionatının B divizionuna təlim-məşq toplanışına Aleksandrın da qatılmasını istəyirdik. Lakin onun Rusiyadakı evində problemlər ortaya çıxıb. Bunun üçün Rındin icazə alaraq, düşərgəmizə gəlmədi".

Artıq "Türk Telekom"la müqaviləsi yekunlaşan basketbolçumuzun bu ölkəyə qayıdıb-qayıtmayacağı da maraq doğuran məqamlardandır. Türknas bildirib ki, Türkiyədə mövsüm yenicə başa çatdığından onun karyerasını harada davam etdirəcəyi dəqiqləşməyib: "Rındin faydalı basketbolçudur. O, karyerasını bir neçə ölkədə davam etdirə bilər. Amma Türkiyə variantı da istisna deyil. Bu onun öz qərarından asılı olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə