"Everton"un müdafiəçisi Con Stounz yeni mövsümdən "Mançester Siti"də çıxış edə bilər. BBC-nin verdiyi xəbərə görə, bu barədə "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola məlumat verib. "Bəli, Stounzla maraqlanırıq. Tezliklə, onun komandamıza transfer olunub-olunmayacağına aydınlıq gələcək " - deyə Qvardiola bildirib.
Qeyd edək ki, 2013-cü ildən "Everton"da çıxış edən Stounz keçirdiyi 77 oyunda bir qola imza atıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB