"Qəbələ" - "Lill" matçının hakimləri açıqlanıb

"Qəbələ" - "Lill" matçının hakimləri açıqlanıb

Avropa Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək "Qəbələ" - "Lill" cavab oyununun hakimləri müəyyənləşib. SİA-nın məlumatına görə, qarşılaşmanı rusiyalı hakim Aleksey Eskov idarə edəcək. Ona Dmitri Mosiakin və İqor Demeşko köməklik edəcək. Dördüncü hakim funksiyasını Vladimir Moskalev yerinə yetirəcək.

Qeyd edək ki, "Qəbələ" - "Lill" oyunu avqustun 4-ü keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə