Azərbaycanlı FİFA referisi Əliyar Ağayev daha iki beynəlxalq görüşə təyinat alıb. O, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final oyununu idarə edəcək. Almaniyada təşkil olunan turnirin iyulun 24-də keçiriləcək final qarşılaşmasında Fransa və İtaliya yığmaları üz-üzə gələcək.
Avqustun 4-də UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Rusiyada keçiriləcək "Krasnodar" – "Birkirkara" (Malta) matçını da Ə.Ağayevin rəhbərliyi ilə azərbaycanlı hakimlər briqadası idarə edəcək. Referiyə Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Rauf Cabbarov yerinə yetirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB