Bir neçə gün bundan əvvəl Kiyevdə "Dinamo"ya 0:4 hesabı ilə məğlub olaraq UEFA Avropa Liası ilə vidalaşan İstanbulun "Beşiktaş" futbol klubunun kapitanı Quti Fernantez, "qara qartal" tərəfdarlarından üzr istəyib. Siasport.az saytı xəbr verir ki, acıncaqlı Kiyev darmadağınından sonra Türkiyə KİV-lərinə açıqlama verən məşhur ispaniyalı futbol ulduzu bildirib ki, o İstanbul klubunun azarkeşlərindən üzr istəyir: "Bütün "Beşiktaş" tərəfdarlarından üzr istəyirəm. Biz Avropa Liqası ilə bağlı hədəfimizi böyük qiymətləndirirdik, amma bunun əvəzində "Mançester Siti" ilə qarşılaşmadan elə "Dinamo" ilə qarşılaşmadaca uduzduq və Avropa Liqasında mübarizəni dayandırdıq. Heyətdəki ən güclü futbolçular varkən, belə bir aqibəti yaşamaq çox ağırdır. Bu futbolçulardan istifadə edə bilmədik. Bundan başqa komandanın daxilində həll olunması vacib olan amillər var. İndi bizim üçün ən real görünən Türkiyə Kubokunu almaqdır. Çünki Avropaya yol Kubokdan keçir"-deyə "Real"ın keçmiş əfsanəsi fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB