ŞOK! “Şuşa” - “Neftçi” İSM matçında futbolçular əlbəyaxa oldular

ŞOK! “Şuşa” - “Neftçi” İSM matçında futbolçular əlbəyaxa oldular

Azərbaycan I Divizionunda XVI turun "Şuşa" - "Neftçi" İSM matçında xaos yaşandı. Siasport.az saytı xəbər verir ki, "Şəfa" stadionunda baş tutmuş görüşdə futbolçular arasında dava düşdü, oyunun baş hakimi təhqir olundu. Belə ki, ilk hissə normal keçsə də, fasilədən sonra meydanda əsl "ölüm-dirim" mübarizəsi başlandı. Baş məşqçidən başqa ikinci hissədə gərgin olan "Neftçi" İSM-in məşqçilər korpusu hakim Feyzulla Feyzullayevi bir çox söyüşlərə qonaq etdilər. Kənardan açıq-aşgar "Şuşa"nın futbolçusu Orxan Lələyevi zədələmək lazım olduğu qışqırıldı. Bunun məntiqi nəticəsi olaraq rəqib oyunçu topsuz olduğu halda futbolçunu qarın nahiyəsindən ayaqla zədəldi. "Şuşa"nın heyəti və məşqçiləri meydana daxil olub, hakimin üzərinə hücum çəkdilər və sonra isə hakim həmin futbolçuya qırmızı vərəqə göstərdi. Oyunun 90-cı dəqiqəsində isə hər iki komandanın futbolçuları meydanda əsl əlbəyaxa döyüşə çıxdılar.

Oyun isə 1:2 hesabı ilə "Neftçi" İSM-in xeyrinə başa çatdı.

Bütün xəbərlər Facebook səhifəmizdə