"Qarabağ" toplanışın 13-cü günündə 1 məşq edib

"Qarabağ" toplanışın 13-cü günündə 1 məşq edib

"Qarabağ" klubu Avstriyada təlim-məşq toplanışını davam etdirir. SİA-nın məlumatına görə, hazırlığın 13-cü günündə komanda bir məşqlə kifayətlənib. Axşam saatlarında baş tutan məşqdə futbolçular daha çox bərpaedici hərəkətlərə üstünlük veriblər. Çalışma təxminən 90 dəqiqə davam edib. Zədəli Namiq Ələsgərov fizioterapevt nəzarəti altında çalışmasını davam etdirdiyi halda, digər bütün futbolçular komanda ilə birgə məşq ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə