Nani “Fənərbaxça”dan ayrılıb “Valensiya”ya keçir

Nani “Fənərbaxça”dan ayrılıb “Valensiya”ya keçir
"Fənərbaxça" futbol klubunu daha bir futbolçu tərk etməyə yaxındır. SİA xəbər verir ki, İstanbul təmsilçisinin portuqaliyalı ulduz futbolçusu Luiş Nani, bundan sonrakı futbol koryerasını İspaniya La Liqasında davam etdirə bilər. "Fənərbaxça" ilə olan hazırkı müqaviləsində 30 iyuna qədər olan müddətdə 8,5 milyon avro vəsait ödədikdən sonra azad futbolçu kimi istənilən kluba keçmək hüququnun olması, portuqaliyalı futbolçunu hərəkətə gətirib. Portuqaliyalının meneceri olan Luka dünən axşam saatlarında "Valensiya"nın transfer komitəsinin nümayəndələri ilə danışıqlara başlayıb. Türkiyə mətbuatı yazır ki, artıq portuqaliyalı futbolçunun transferi ilə bağlı rəsmi qərar sabah verilə bilər. Xatırladaq ki, "AVRO-2016" çərçivəsində keçirilən qarşılaşmalarda Portuqaliya millisinin heytəində meydana çıxan və özünü yaxşı tərəfdən göstərən L.Nani, bir sıra aparıcı Avropa klublarının transfer hədəfindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə