Kamil Əliyev: "Formula-1 ilə bağlı beynəlxalq təcrübə dəqiqliklə öyrənilib"

Kamil Əliyev: "Formula-1 ilə bağlı beynəlxalq təcrübə dəqiqliklə öyrənilib"

"Bakıda ilk dəfə keçirilən Formula-1 Avropa Qran Pri yarışları ilə bağlı beynəlxalq təcrübə dəqiqliklə öyrənilib". SİA-nın məlumatına görə, bunu Bakı trekinin inşasını həyata keçirən AzVirt MMC-nin rəhbəri Kamil Əliyev deyib. O qeyd edib ki, bu trası inşa etmək çox çətin və şərəfli iş idi: "Biz elə yol çəkməli idik ki, həm ictimai nəqliyyatın tələblərinə uyğun olsun, həm də yarış iştirakçılarını qane etsin".

Qeyd olunub ki, tikinti müddətində tələb olunan norma və tələblərə tam riayət edilib. Qarşıdakı illərdə də servis xidmətlərini AzVirt MMC reallaşdıracaq. Yollara asfalt çəkilərkən müasir nəzarət cihazlardan istifadə edilib və beynəlxalq mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə