Bu gün Bakıda keçiriləcək Formula-1 üzrə Avropa Qran-Prisinin könüllüləri üçün sonuncu - məkan təlimləri təşkil olunub. SİA-nın məlumatına görə, tədbirdən öncə könüllü Nərmin Zeynallının Formula-1 könüllülərinə həsr etdiyi mahnının təqdimatı olub.
Daha sonra təlimlərdə iştirak edən 300-dən artıq könüllüyə məkan üzrə işləmək, təhlükəsizlik qaydalarına riayət etmək və digər məsələlər haqda məlumatlar verilib. Təlimlərdən sonra könüllülər supervayzerlərlə birlikdə çalışacaqları məkanlara baxış keçiriblər.
Qeyd edək ki, məkan təlimləri 5000 könüllüyə keçiriləcək. Onlar "Hilton", "Holiday İnn" otelləri, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı və Bakı Şəhər Halqasının 4 əsas zonalarında çalışacaqlar. Artıq iş cədvəlləri müəyyən edilib və könüllülər cədvəllərlə BŞH-nin saytında tanış ola bilərlər.
Könüllülər indiyədək 3 istiqamətdə təlimlər keçiblər. Onlar ümumi, rol və məkan üzrə təlimlərdə iştirak ediblər.
Xatırladaq ki, Formula-1 üzrə Avropa Qran-Prisi iyunun 17-19-da baş tutacaq.
.jpg)
.jpg)
.jpg)



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB