Türkiyə millisinə yeni dəvət olunan Əmrə Morun yeni klubu rəsmən bəlli olub. Dortmundun "Borussiya" komandası Türk futbolunun gələcəyi hesab edilən 19 yaşlı oyunçu ilə 5 illik sözləşmə imzalayıb. Bunun üçün almanlar Danimarkanın Danimarkanın "Nordşelland" klubuna 16 milyon avro ödəyib. Perespektivli futbolçu sayılan Əmrə Mor Türkiyə millisinin heyətində "Avro-2016"da çıxış edəcək.
Futbol üzrə "Avro-2016"nın final mərhələsində iştirak edəcək Türkiyə millisi artıq Fransadadır. "Avro-2016"nın final mərhələsinə hazırlıq məqsədilə sonuncu yoxlama oyununa çıxan Türkiyə yığması Burak Yılmazın yeganə qolu ilə Sloveniya millisini məğlub edib.
D qrupunda qərarlaşan Türkiyə millisi Xorvatiya, Çexiya və İspaniya yığmaları ilə mübarizə aparacaq. Türkiyənin turnirdə ilk oyunu iyunun 12-də Xorvatiyaya qarşı olacaq. Fransada keçirilən Avropa çempionatı iyun ayının 10-dan iyulun 10-dək davam edəcək.
Türkiyə millisinin baş məşqçisi Fatih Terim "Avro-2016"nın final mərhələsi üçün yığmanın yekun heyətini açıqlayıb. "Ay ulduzlular"ın heyətində Avropa çempionatına yollanacaq 23 futbolçu müəyyənləşib.
Qapıçılar: Volkan Babacan ("Medipol Başakşehir"), Onur Recep Kıvrak ("Trabzonspor"), Harun Tekin ("Bursaspor")
Müdafiəçilər: Gökhan Gönül, Şener Özbayraklı (hər ikisi "Fənərbaxça"), Hakan Balta ("Qalatasaray"), Caner Erkin ("Fənərbaxça"), İsmayıl Köybaşı ("Beşiktaş"),Semih Kaya ("Qalatasaray"), Ahmet Çalık ("Gənclərbirliyi")
Yarımmüdafiəçilər: Mehmet Topal ("Fənərbaxça"), Səlçuk İnan ("Qalatasaray"), Ozan Tufan ("Fənərbaxça"), Oğuzhan Özyakup ("Beşiktaş"), Hakan Çalhanoğlu ("Bayer" Leverkuzen), Nuri Şahin ("Borussiya" Dortmund), Arda Turan("Barselona"), Olcay Şahan ("Beşiktaş"), Volkan Şen ("Fənərbaxça"), Əmre Mor ("Nordsjaelland"),
Hücumçular: Burak Yılmaz ("Pekin Qoan"), Cenk Tosun ("Beşiktaş"), Yunus Mallı ("Mayns")
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB