Sərvət Çətin: “Frank Raykard mənə güvənmirdi və bu da bir futbolçu kimi məni sarsıdırdı”
Artıq "Qalatasaray"ın öz keçmiş nüfuzunu və böyük klub kimi yüksək mövqeyini geri qaytaracağı bir çoxlarında şübhə doğurmur. Siasport.az saytı xəbər verir ki, dünən Türkiyə Superliqası çərçivəsində keçirilən qarşılaşmada "Sivasspor"u qəbul edən "Qalatasaray" möhtəşəm azarkeş dəstəyi və yeni transferlərinin nümayiş etdirdikləri mükəmməl futbol performansı ilə var gücü ilə zirvə üçün mübarizə aparacağını göstərdi. Superliqa qarşılaşması çərçivəsində "Türk Telekom Arena"da ilk rəsmi oyununa çıxan "cim-bom" "sivasspor"u qarşılaşmanın 70-ci dəqiqəsində Sərvət Çətinin qolu ilə məğlub etdi. Bu nəticədən sonra "Qalatasaray" turnir cədvəlindəki vəziyyətini xeyli yaxşılaşdıraraq 10-cu pillədən 7-ci pilləyə qədər irəliləyə bildi. Qarşılaşma həmçinin Azərbaycan əsilli türkiyəli futbolçu S.Çətinin yeni "Türk Telekom Arena"da ilk qol atan futbolçu kimi tarixə düşməsi ilə də yadda qaldı. Futbolçunun özü isə bununla bağlı türkiyəli jurnalistlərə açıqlama verib: "Bu arenada ilk qol vuran futbolçu kimi tarixə düşməyimdən çox məmnunam. Superliqada 3, kubok oyunlarında isə 1 qol vura bildim. Görürsünüz, insana güvəniləndə əla işlər görmək mümkündür. Frank Raykardın arxasıca danışmaq olmasın, o mənə güvənmirdi və bu da bir futbolçu kimi məni sarsıdırdı. Məşqçilər korpusu mənə güvəndikləri zaman futbolçu kimi özümü yaxşı hiss edirəm ki, bu da futbol zamanı nəyə qadir olduğumu göstərməyə stimul verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB