"Qırmızı şeytanlar" yanvar ayında Mourinyoya digər klubla anlaşmaması üçün 4 milyon funt sterlinq ödəyib. "Mançester Yunayted"lə Joze Mourinyo arasındakı danışıqların təfərrüatları ortaya çıxıb. Portuqaliyalı mütəxəssisin müqavilə imzalaması ilə bağlı bəyanat yaxın vaxtlarda veriləcək.
"Daily Mail" nəşrinin verdiyi xəbərə görə, tərəflər ümumi dəyəri 75 milyon funt sterlinq olan 5 illik müqavilənin razılığını əldə edib. Bu razılaşmaya əsasən, "qırmızı şeytanlar" yanvar ayında Mourinyoya digər klubla anlaşmaması üçün 4 milyon funt sterlinq ödəyib.
Bundan əlavə, rəhbərlik ondan oyun zamanı qeyri-adi hərəkətlər etməməsini xahiş edib və bununla bağlı müqaviləyə cərimə nəzərdə tutulan "nümunəvi davranış" bəndi salmaq istəyib. Lakin Mourinyo buna qəti şəkildə etirazını bildirib.
Mourinyoya heyəti gücləndirmək üçün 200 milyon funt sterlinq ayrılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB