"Barselona" məşhur braziliyalıdan əl çəkmir

Əgər təcrübəli futbolçunun özü PSJ rəhbərliyi ilə razılığa gələcəyi halda bu transfer reallaşa bilər. PSJ-nin müdafiəçisi Tiaqo Silva yenidən "Barselona"nın əsas transfer hədəflərindən birinə çevrilib. "Mundo Deportivo"nun verdiyi xəbərə görə, 31 yaşlı braziliyalı futbolçunun yaxınları bildirirlər ki, Silvanın özü də Kataloniya klubuna keçməkdə maraqlıdı.

Ancaq Paris təmsilçisi çətin ki, "sambaçı"nı satsın. Məlumata görə, əgər təcrübəli futbolçunun özü PSJ rəhbərliyi ilə razılığa gələcəyi halda bu transfer reallaşa bilər.

"Barselona" 2012-ci ildə də Silvanı əldə etmək istəyirdi. Amma həmin vaxt "Milan"ın futbolçusu PSJ-yə keçdi. "Barsa" daha sonra onu almağa çalışsa da, PSJ rədd cavabı vermişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə