"Fənərbaxça" "Konyaspor"u məğlub edib

Futbol üzrə Türkiyə kubokunda yarımfinal mərhələsinin daha bir oyunu keçirilib. SİA-nın məlumatına görə, "Fənərbaxça" səfərdə "Konyaspor"un qonağı olub. Matç "Fənərbaxça"nın böyükhesablı qələbəsi ilə yekunlaşıb. Rəqibinə 3:0 hesabı ilə qalib gələn "sarı-lacivərdli" komanda finala bir qədər də yaxınlaşıb.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması mayın 4-ü keçiriləcək.

20 aprel

Türiyə kuboku

Yarımfinal mərhələsinin ilk oyunu

"Konyaspor" - "Fənərbaxça" 0:3
Qollar: Şən, 38 (0:1), Nani, 45 (0:2), van Persi, 90 (0:3)

Bütün xəbərlər Facebook səhifəmizdə