Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarında ölkəmizi təmsil edən Bakının qadınlardan ibarət "Azəryol" klubu heyətini gücləndirib. SİA-nın məlumatına görə, Bakı təmsilçisi Macarıstan millisinin üzvü Edina Dobi ilə müqavilə imzalayıb.
Mərkəz blokçusu mövqeyində çıxış edən voleybolçu cari mövsümün əvvəlində Almaniyanın "Vilsbiburq" komandasında forma geyinib.
Voleybolçunun dekabrın 16-da CEV kuboku yarışlarının 1/8 final mərhələsi çərçivəsində Finlandiyanın "Salo" komandasına qarşı oyunda meydana çıxacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB