Futbol dələduzlarının cəzalarının müddəti artırıla bilər

Futbol dələduzlarının cəzalarının müddəti artırıla bilər

FİFA prezidenti Yozef Blatter və UEFA rəhbəri Mişel Platini korrupsiya və dələduzluq işi ilə bağlı uzun müddət fəaliyyətdən kənarlaşdırıla bilər. "Sky Sports" xəbər verir ki, onların bu ittihamlar üzrə əməlləri sübuta yetirilərsə ali futbol qurumunun etika komitəsi tərəfindən 5 il müddətinə fəaliyyətlərindən məhrum ediləcəklər.

Dekabrın 25-də komitə məsələ ilə əlaqədar növbəti iclasını keçirəcək.

FİFA prezidentliyinə seçkilərin isə fevralın 26-da keçirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə