Türkiyə Superliqasında XI turun oyunları davam edir
"Qalatasaray"a ağır zərbə

Türkiyə superliqasında 11-ci turun oyunları davam edir. İkinci oyun günündə daha 4 qarşılaşma keçirilib. Doğma meydanda "Kayserispor"la qarşılaşan "Antalyaspor" rəqibi ilə 1:1 bərabərə qalıb. "Trabzonspor" səfərdə "Başakşəhər"ə 0:1 hesabı ilə uduzub.

Son Türkiyə çempionu "Qalatasaray" səfərdə "Rizəspor"un qonağı olub. Fasiləyə 1:2 hesabı ilə məğlub yollanan "Cim Bom" ikinci hissədə önə keçməyi bacarıb. Lakin matça əlavə edilmiş dəqiqələrdə iki qol buraxan "Qalatasaray" görüşdən 3:4 hesabı ilə məğlub ayrılıb.

Qeyd edək ki, superliqada 11-ci tura bu axşam keçiriləcək 3 oyunla yekun vurulacaq.

Türkiyə superliqası, 11-ci tur

"Antalyaspor" – "Kayserispor" - 1:1
Qollar: Eto'O, 45+1 (1:0), Sou, 65 (1:1)

"Başakşəhər" – "Trabzonspor" - 1:0
Qol: Ayhan, 4 (1:0)

"Kasımpaşa" – "Akhisar" - 2:1
Qollar: Rodalleqa, 43 (0:1), Skarione, 59 (1:1), del Valle, 83 (2:1)

"Rizespor" – "Qalatasaray" - 4:3
Qollar: Sneyder, 4 (0:1), Akyüz, 19 (1:1), 45 (2:1), Podolski, 65 (2:2), Adin, 75 (2:3), Kveuke, 90+2 (3:3), Kadah, 90+5 (4:3)
Qırmızı vərəqə: Umut Bulut, 88 ("Qalatasaray")

Bütün xəbərlər Facebook səhifəmizdə