Fransanın Nice şəhərində atletika idman növü üzrə "European maters games" adlı veteranlar arasında Avropa oyunları keçirilib. SİA-nın məlumatına görə, Azərbaycanı təmsil edən veteran atletlərimiz bu mötəbər yarışlardan yüksək nəticələr əldə edərək Vətənə qayıdıblar. Tamilla Bunyatova nizə atma növündə yarışlarının qalibi olub və Albert Menyayev yadro itələmə və şüvüllə tullanma növlərində ikinci yerə layiq görülüb. Digər veteran atletimiz Sadıq Sadıqov 800-1500 m qaçış məsafələrində ikinci yeri tutaraq yarışların gümüş medalına layiq görülüb. Beləliklə, üç nəfər veteran atletimiz ümumilikdə 1 qızıl 4 gümüş meddalla Vətənə qayıdıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB