“Qəbələ” komandası qalib gəldi

“Qəbələ” komandası qalib gəldi

"Avro-2016"nın seçmə mərhələ oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən klublarımız hazırlıqlarını davam etdirirlər. Azərbaycanı UEFA Avropa Liqası yarışlarında təmsil edən, Azərbaycan çempionatında ilk iki yeri turan "Qəbələ" və Ağdamın "Qarabağ" klubları hazırlıq oyununda qarşılaşıblar. Qəbələ şəhər stadionunda təşkil edilən görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Roman Qriqorçukun yetirmələrindən qolları Aleksey Antonov və Fakunda Pereyra vurub. Ağdam təmsilçisinin heyətində isə Dani Kintana fərqlənib.

Qeyd edək ki, "Qarabağ" Avroliqanın qrup mərhələsi çərçivəsində oktyabrın 22-də Fransada "Monako"nun qonağı olacaq. "Qəbələ" isə Almaniyanın "Borussiya" (Dortmund) kollektivini Bakıda qəbul edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə