Azərbaycan-İtaliya matçına gedənlər üçün xüsusi avtobusları ayrılıb
Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan-İtaliya futbol matçı ərəfəsində azarkeşlərin rahat və maneəsiz şəkildə daşınması üçün Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti və "Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımalarının Təşkili" MMC tərəfindən xüsusi marşrut avtobusları ayrılıb. SİA-nın xəbərinə görə, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, azarkeşlər stadiondan ekspress avtobuslarla rahat şəkildə qayıda biləcəklər. Şəhərətrafı marşrut xətləri üzrə 40, şəhərdaxili marşrut xətləri üzrə 120 avtobus ayrılıb. Ehtiyac yaranarsa, əlavə ehtiyat 20 avtobus sərnişinlərə xidmət göstərəcək.
Marşrut avtobuslarının hərəkət istiqamətləri haqda aşağıdakı cədvəldə məlumat verilib:

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB