Azərbaycanın "Telekom" qadın voleybol komandası Türkiyədə beynəlxalq yarışda ikinci qələbəsini qazanıb. Azərbaycan təmsilçisi Çengiz Göllünün xatirəsinə həsr olunan turnirin üçüncü turu çərçivəsində qardaş ölkənin "Qalatasaray" klubu ilə qarşılaşıb və rəqibini 3:0 hesabı ilə məğlub edib.
İlk tur çərçivəsində Türkiyənin "Bursa Böyükşəhər Bələdiyyəspor" klubuna qalib gələn baş məşqçi Zoran Qayiçin yetirmələri ikinci turda Polşanın "Atom" komandasına uduzmuşdu.
Bakı təmsilçisi oktyabrın 6-da Fransanın "Kann", oktyabrın 7-də isə Rusiyanın "Proton Saratov" kollektivləri ilə üz-üzə gələcək.
Turnirdə ən çox xal toplayan komanda yarışın qalibi elan ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB