ÇL-də fərqli “Qalatasaray” olacaq

"Atetiko” ilə qarşılaşma yüksək səviyyəli olacaq"
ÇL-də fərqli “Qalatasaray” olacaq

"Qalatasaray"ın baş məşqçisi Hamza Hamzaoğlu Çempionlar Liqasında "Atletiko" ilə keçiriləcək oyun barədə danışıb. Hamzaoğlu bu qarşılaşmada yaxşı nəticəyə ümid etdiklərini bildirib. O, "Ateltiko" ilə oyunda fərqli "Qalatasaray" olacağını vəd edib:

"Atetiko" ilə qarşılaşma yüksək səviyyəli olacaq. Biz yaxşı nəticəyə ümid edirik. Çempionata o qədər də yaxşı başlamamışıq. Amma Çempionlar Liqasında komandamız tam fərqli oyun göstərəcək.

Son nəticələr məyus edir. Ancaq biz yüksək səviyyəli oyun sərgiləmişik. Qısa zamanda hər şey öz yerini tutmalıdı. "Atletiko" ilə qarşılaşmada fərqli oyun planından yararlanacağıq. Madridlilər həm müdafiədə, həm də hücumda olduqca aqressiv oyun nümayiş etdirirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə