Türkiyə - Latviya matçı hər 2 milli üçün əlamətdar olub

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilmiş Türkiyə - Latviya matçı hər 2 milli üçün əlamətdar hadisə ilə yadda qalıb. SİA-nın məlumatına görə, Səlcuk İnanın Latviya millisinin qapısına vurduğu top Türkiyə yığmasının tarixində 700-cü qol olub. Latviya millisi isə ümumilikdə 91 ildir ki, Türkiyə yığmasına məğlub olmur. "Ağ-qırmızlılar" Latviya millisinə son dəfə 1924-cü ildə qalib gəliblər.

Latviya yığması həm də ardıcıl 5-ci dəfədir ki, məğlub olmur.

Qeyd edək ki, AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilmiş Türkiyə - Latviya matçı 1:1 hesabı ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...