Bəhram Bağırzadə restoran açmaq istəyir "Pomidor-yumurta"

Bəhram Bağırzadə restoran açmaq istəyir "Pomidor-yumurta"

"Neftçi"nin Müşahidə Şurasının üzvü Bəhram Bağırzadə restoran açmaq arzusundadır. SİA-nın məlumatına görə, bu barədə fikirlərini bildirən aktyor, restoranına maraqlı ad da fikirləşib: "Pomidor-yumurta". "Onun dizaynı, menyusu, rəngləri belə beynimdədir. Restoran xudmani, bakısayağı olacaq. Məncə adı da pis deyil. Hər şənbə-bazar mən səhər tezdən pomidor-yumurta bişirib, onu öz əllərimlə kiçik tavalarda müştərilərimə təqdim edəcəm və onlarla birgə qəhvəaltı edəcəm". //show.az

Bütün xəbərlər Facebook səhifəmizdə