“Qalatasaray”ın futbolçusu "üsyan etdi"

"Qalatasaray"ın ötən mövsüm çempion olmasında böyük pay sahibi olan Yasin Öztekin ehtiyada qalması haqqında danışıb. SİA-nın məlumatına görə, futbolçu cari mövsümdə daha yaxşı formada olduğunu qeyd edib: "Mən eyni Yasinəm. Hətta bu mövsüm daha yaşı təsir bağışlayıram. Bunları baş məşqçi düşünmür. Niyə ehtiyatda saxlanıldığımı bilmirəm. Daha çox çalışıb, yenidən şans əldə edib, özümü sübut etmək üçün əlimdən gələni edəcəyəm".

Qeyd edək ki, ötən mövsüm yaxşı oyunu ilə diqqət çəkən Yasinin əvəzinə bu mövsüm son qarşılaşmalarda Umut Bulud ilk 11-likdə yer alır.

Bütün xəbərlər Facebook səhifəmizdə